"Instagram"da tanış olduğu qıza qarşı 12 min manatlıq dələduzluq etdi
Far.Az xəbər saytı

"Instagram"da tanış olduğu qıza qarşı 12 min manatlıq dələduzluq etdi


Balakəndə 24 yaşlı oğlan sosial şəbəkədə tanış olduğu gənc qızın 12 min 161 manatını mənimsəyib.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, Balakən rayon sakini, 2001-ci il təvəllüdlü Elmar Şibliyev "Instagram" sosial şəbəkəsində Naxçıvan şəhərindən olan, 2003-cü il təvəllüdlü İnci adlı xanımla tanış olub.

Bir müddət danışandan sonra o, İncini "Kazino" oynamağa və pul qazanmağa dəvət edib. O, qızı razı salaraq ilk öncə ondan 200 manat, daha sonra 500, daha sonra 400 manat alıb. Elmar bu minvalla İncidən 12 min 161 manat alıb. Bir müddətdən sonra İnci ondan pulunu tələb etsə də, Elmar onu şantajla hədələyib. Çarəsiz qalan qız hadisə barədə polisə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə E.Şibliyev saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Balakən Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxs polis əməkdaşlarının vasitəsilə zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəyib və qalan hissəsini isə ödəyəcəyi barədə öhdəlik götürüb.

Məhkəmənin hökmü ilə E.Şibliyev 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Oxşar xəbərlər

Kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil edilməsinə icazə verilməsinin səbəbi açıqlanıb
Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini qəbul etdi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər