Sumqayıtda həkim qadının evi qarət edildi: 25 min manat oğurlandı
Sumqayıt şəhərində həkim qadının evi qarət edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.
Sumqayıt Tibb Mərkəzinin həkimi Gülbar Hüseynova evinin döşəməsinin bir hissəsini təmir etdirmək üçün qardaşından usta gətirməsini xahiş edib. Qardaşı Nəbi adlı usta ilə danışıb və razılıq əldə edilib. Usta bildirib ki, səhər saatlarında evə gəlib, həmin hissəni təmir edəcək.
Ev sahibi Gülbar Hüseynova səhər saatlarında işə gedərkən evin giriş qapısını bağlayıb və açarı ayaqaltının altında gizlədib. O bu barədə ustaya məlumat verib. Usta evi təmir edəndən sonra yenidən qapını bağlayıb, açarı həmin yerə qoyub.
Qadının evdə olmadığını görən qonşusu İlkin Məmmədov mənzildən oğurluq etmək qərarına gəlib.
İlkin qohumunun köməyi ilə mənzilin pəncərəsini açaraq içəri daxil olub. O, evdə olan 10 min manatdan artıq pulu və bahalı qızıl-zinət əşyalarını götürüb. O, ümumilikdə evdən 25 min manatlıq oğurluq edib. Daha sonra İlkin evin giriş qapısının cəftəsini mənzilin içərisindən qıraraq qapını açıb hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İ.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 2 il azadlıqdan məhrum edilib
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Həkim olmayan şəxslər invaziv əməliyyat edirlər? - Gündəm olan İDDİALARA CAVABLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













