Goranboyda yük avtomobilinin obyektə çırpılmasının ANBAAN GÖRÜNTÜLƏRİ
Far.Az xəbər saytı

Goranboyda yük avtomobilinin obyektə çırpılmasının ANBAAN GÖRÜNTÜLƏRİ


Sentyabrın 7-də saat 16:30-da Bakı-Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Far.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırmalara əsasən, 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek "Mercedes-Benz" markalı yük avtomobilinə idarəetməni itirib, əvvəlcə yolun ortasında yerləşən maneələrə, daha sonra isə qeyri-yaşayış obyektinə çırpılıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

İlkin ehtimala görə, hadisənin səbəbi sürücünün sükan arxasında diqqətinin yayınması olub. Faktla bağlı araşdırma aparılır.

BDYPİ uzun məsafələrə səfərə çıxan sürücülərə yenidən müraciət edərək diqqətə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq istirahət etmək, səhhətə diqqət yetirmək, hərəkət zamanı isə fasilələrlə dincəlmək həyati zərurətdir. Yorğun, diqqətsiz və hazırlıqsız halda sükan arxasına əyləşmək qəza riskini dəfələrlə artırır.

Qurum sürücülərə xatırladır ki, sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və diqqətin yalnız yola yönəldilməsi yol-nəqliyyat hadisələrinin qarşısını almağın əsas şərtlərindəndir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Goranboyda Türkiyə vətəndaşınını idarə etdiyi TIR obyektə çırpıldı - TƏFƏRRÜAT
Azərbaycanda avtomobil yollarında 4 yerdə 6 elektron tərəzi quraşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər