Bakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir.
Far.Az report-a istinadən xəbər verir ki, "İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" mövzusuna həsr olunmuş tədbirə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutu təşkilatçılıq edir.
Beynəlxalq Strateji və Təhlükəsizlik Araşdırmaları İnstitutunun direktor müavini, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Zhao Longun moderatorluğu ilə keçiriləcək plenar sessiyada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İşləri Departamentinin təmsilçisi səfir Yan Wenbin, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Prezidenti Chen Dongxiao çıxış edəcəklər.
Beyin Mərkəzləri Forumunun birinci günü "İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi"; "Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri üzrə əməkdaşlıq"; "Avrasiya bağlantılarının gücləndirilməsi: Bir Kəmər, Bir Yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr" mövzularında sessiyalar keçiriləcək.
Forumun ikinci günü "AQEM beynəlxalq təşkilat kimi: Transformasiya və potensialın artırılması" mövzusunda sessiya və "Yeni Asiya nizamının formalaşması" mövzusunda tematik panelin keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası və Biznes Forumu keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi təhvil alıb - YENİLƏNİB - 2
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib - YENİLƏNİB
Azərbaycan nümayəndə heyəti Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir
-
DMM: Bəziləri Türkiyənin dövlət qurumlarının işinə kölgə salmağa çalışır
-
"Bloomberg": ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər
-
İTV-yə yeni baş direktor nə vaxt seçiləcək? - Telekanal rəsmisindən AÇIQLAMA
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
Azərbaycanda "Kipr günləri" keçiriləcək













