Anasını "WhatsApp" mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ
Gəncə Ağır Cinayətlər Məhkəməsi 2005-ci il təvəllüdlü Tərtər sakini Əsəd Məmmədovu (ad-soyad şərtidir) anasını qəsdən ağır xəsarət yetirməkdə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Qərar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) əsasında verilib.
BAKU.WS-in məlumatına görə, hadisə 10 aprel 2025-ci ildə Ağdərə rayonunun Suqovuşan qəsəbəsində baş verib.
Məhkəmə materiallarına görə, Əsəd Məmmədov anası Məhbubənin mobil telefonuna keçmiş qonşusu Qələndər tərəfindən "salam, nətərsən?" məzmunlu "WhatsApp" mesajı gəlməsi səbəbindən qısqanclıq zəminində mübahisə edib. Mübahisə zamanı mətbəx bıçağı ilə anasının sağ döş qəfəsinə bir zərbə vurub və bu, həyat üçün təhlükəli hesab olunan ağır xəsarətlə (hemotoraks) nəticələnib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismən təqsirli olduğunu qəbul edib və ifadəsində bildirib ki, hadisədən sonra peşman olub, anasını xəstəxanaya aparmaq üçün dayısına müraciət edib, daha sonra isə qorxudan Bərdə rayonuna qaçıb. Ertəsi gün əmisi ilə birlikdə polisə təslim olub. Zərərçəkmiş ana isə məhkəmədə oğlu ilə barışdığını bildirib və ona həbs cəzası verilməməsini xahiş edib.
Şahidlərin ifadələri də hadisəni təsdiqləyib. Kiçik qardaşı mesajı gördüyünü, dayısı isə yaralını xəstəxanaya apardığını qeyd edib. Məhkəmə-tibb ekspertizası xəsarətin bıçaqla vurulduğunu və ağır dərəcəli olduğunu müəyyənləşdirib. Təqsirləndirilən şəxsin psixiatrik ekspertizası onun hadisə zamanı anlaqlı olduğunu göstərib.
Məhkəmə, təqsirləndirilənin könüllü təslim olmasını, peşmançılığını və zərərçəkmişlə barışmasını yüngülləşdirici hallar kimi qiymətləndirib. Maddənin sanksiyasında 3 ildən 8 ilədək həbs nəzərdə tutulsa da, cəza aşağı həddə – 3 ilə təyin edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Xadimə işləyən qadın ərindən ayrıldı, özünə təzə sevgili tapdı – Küçədə qanlı cinayət
Bakıda iki kişi arasında görünməmiş dava: "Arvadına bağlanmışam, ayrıla bilmirəm" - TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













