3 yaşlı qızına görə işdən çıxan məktəb direktoru - Mənə "Könül bibi" deyir
Bakının Bülbülə qəsəbəsində yerləşən 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva işdən çıxıb.
Far.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında özü məlumat yayıb.
O, vəzifədən ayrılmasını maraqlı səbəblə əsaslandırıb: "327 nömrəli məktəbin direktor vəzifəsindən şəxsi təşəbbüsümlə ayrılıram. İşdən çıxma səbəbim ərizəmdə qeyd etdiyim kimidir. Ailə vəziyyətimlə əlaqədar, övladlarıma kifayət qədər vaxt ayıra bilmədiyim üçün işimdən ayrılıram. Ərizəmdə qeyd edə bilmədiyim ən vacib və incə nüans isə belədir: 3 yaşlı körpə qızım mənə israrla ana yox, "Könül bibi" deyə müraciət edir. Keçən ay məzuniyyətdə olanda az qala hər gün mənə "çox sağ ol ki, mənim yanımdasan, məni qoyub getmirsən, səni çox sevirəm" deyirdi. Böyük övladlarımın da fərqli yaşlarda olmağı: birinin tələbə olmağı, digərinin tələbə olmağa hazırlaşmağı, gənc yaşlarında dəstəyimə, varlığıma ehtiyac duymaları və mənim onlara normal vaxt ayıra bilməməyim qərarımı daha da qətiləşdirdi".
K. Əliyeva bundan sonra fəaliyyətinə yaşadığı qəsəbədə yerləşən tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi davam edəcəyini qeyd edib.
Qeyd edək ki, Könül Əliyeva 2023-cü ilin fevralından sözügedən məktəbin direktoru vəzifəsini icra edirdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu gün Üçüncü Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













