16 yaşlı qızı qrup şəklində zorladılar - Ağdamda DƏHŞƏTLİ OLAY
Far.Az xəbər saytı

16 yaşlı qızı qrup şəklində zorladılar - Ağdamda DƏHŞƏTLİ OLAY


Ağdamda 16 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinən dörd nəfər həbs edilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində baş verib. Kənd sakini, 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə polisə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində təcavüz əməlini törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Ağdam Rayon Məhkəməsində həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə təqdimatlar təmin edilib, təcavüzdən şübhəli bilinən 3 nəfər barəsində 4 ay, bir nəfər barəsində isə 3 ay həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər