Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı
Far.Az xəbər saytı

Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı


Birbank Biznes tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək məqsədilə təqdim olunan "She"s Next" biznes kartı istifadəçilərə müxtəlif imkanlar yaradır. Bu eksklüziv kart həm hüquqi şəxslər, həm də fərdi sahibkar statusuna malik xanımlar üçün nəzərdə tutulub.

"She"s Next" biznes kartı sahibkar qadınlara manat, dollar və avro olmaqla üç valyutada sərbəst istifadə imkanı verir. Kart eyni zamanda əlavə hədiyyələr və bonuslarla zəngin imtiyazlardan faydalanmaq imkanı yaradır.

Kart istifadəçiləri üçün əlavə üstünlüklər də nəzərdə tutulub: POS ödənişləri və bankomatdan nağd vəsait çıxarışı üzrə aylıq dövriyyə limitlərini keçdikdə, istifadəçilərə müəyyən məkanlardan kuponlar təqdim olunur.

"She"s Next" kartını əldə etmək istəyən sahibkar xanımlar Birbank Biznes-in rəsmi internet saytına və ya mobil tətbiqə daxil olaraq onlayn sifariş verə bilərlər. Bu kart sahibinə yalnız maliyyə əməliyyatlarında deyil, həm də biznes fəaliyyətində daha geniş perspektivlər və yeni təcrübələr vəd edir.

Kart haqqında ətraflı məlumat: www.b-b.az/bbbv

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Birbank Biznes-dən xanım sahibkarlar üçün əla fürsət: 15 000 AZN qazanmaq şansına sahib olun
Birbank Biznes-in "Hər İşdə Birinci Qadınlar" yarmarkası başa çatdı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər