Ölkənin müxtəlif seçki məntəqələrində "exit-poll"ar keçirilir
Far.Az xəbər saytı

Ölkənin müxtəlif seçki məntəqələrində "exit-poll"ar keçirilir


Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı "exit-poll" keçirən iki beynəlxalq, bir yerli təşkilat seçki sorğu keçirir.

"Far.Az" xəbər verir ki, təşkilatlar ölkənin müxtəlif yerlərindəki seçki məntəqələrində fəaliyyət göstərir.

"Exit-poll"arı Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirir.

Qeyd edək ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Oxşar xəbərlər

Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib
“Exit-poll” keçirən təşkilat: Hər 10 seçicidən 1-i ilə söhbət aparırıq
Sumqayıtda səsvermə seçici fəallığı şəraitində keçirilir
Saat 10:00-a olan seçici fəallığı: Seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib
Fuad Nəcəfli səsvermə hüququndan istifadə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər