"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur
"Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu barəsində cinayət işi başlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Vüsal 300" bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti məşğul olmaqda ittiham olunur.
Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakların girov saxlamaqla qanuna müvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300" məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulub və Xətai rayon Prokurorluğu tərəfindən möhürlənib.
Qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınların "Arendator"u kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Vüsal 300" kimi iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
Masallının böyük bir hissəsi qazsız qalacaq













