"Avrora Qrup" məktəbliləri belə sevindirdi
Ölkəmizdə təhsilin inkişafı və məktəbli uşaqların elmə həvəsləndirilməsi üçün daim əməli addımlar atan "Avrora Qrup", bu il də ənənəsini davam etdirərək "Böyük Dayaq" İctimai Birliyi ilə birgə sosial layihəsini uğurla həyata keçirib.
Layihə çərçivəsində Qəbələ rayonunun ucqar kəndlərində yaşayan aztəminatlı, şəhid və qazi ailələrinin övladları məktəbli forması, çanta, ayaqqabı və dərs ləvazimatları ilə təmin olunub. Layihə Daşca, Zarağan, Xırxatala, Bayramkoxalı, Böyük Əmili və Mamaylı kəndlərinin şagirdlərini əhatə edib.
Bundan əlavə, Avrora Qrup "Böyük Dayaq" İctimai Birliyi ilə birlikdə kənd məktəblərində şagirdlərin valideynləri üçün maarifləndirici təlim həyata keçirib. "Qız uşaqları təhsildən yayınmasın" mövzusunda keçirilən 3 mərhələli maarifləndirici təlim proqramı uğurla başa çatıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
"Avrora Qrup" 2025-ci il üçün "Korporativ Sosial Məsuliyyət Proqramı"nda uşaqlara xüsusi yer ayırıb. İl boyu keçirilən sosial layihələrin əsas məqsədi uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olmaq və müxtəlif istiqamətlərdə dəstək göstərməkdir.
Uşaqlar bizim gələcəyimizdir və onların təbəssümü bizim üçün ən böyük dəyərdir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2













