Aqil Məlikov: "Musiqiçilər istəyirlər ki, xanəndələr olmasınlar"
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı xanəndə Aqil Məlikov olub.
O, verilişdə sənətkarın Yaradan və peşəsi qarşısında məsuliyyətindən söz açıb:
"Sənətkar ilk növbədə Allah qarşısında məsuliyyətli olmalıdır. Onun buyurduğu yoldan, müqəddəs kitabdan kənara çıxmamalıdır. İkincisi isə sənət qarşısında öz məsuliyyətini hiss etməlidir. İşinə laqeyd, biganə yanaşmamalıdır. Zəmanə dəyişə bilər, buna baxmayaraq, sənətkar öz prinsiplərinə sadiq qalmalı, əqidə sahibi olmalıdır".
Aqil Məlikovun sözlərinə görə, xanəndələr qəzəliyyatı filoloq və akademiklərdən yaxşı bilməlidirlər. "Əgər onlardan biri səni toyuna çağırsa, nə edəcəksən?! Belə bir hadisə öz başıma da gəlib. Günlərin birində Zirədə toyda iştirak edirdim. Gördüm ki, Hacıbaba Hüseynov ilə məni başda əyləşdiriblər. Toyda məndən nəsə ifa etməyimi istədilər. Çox həyəcanlı idim. Hacıbaba ustad idi, onun qarşısında nə edə bilərdim?! Orada həyəcandan necə ölmədim, bilmirəm. Sonra bir qəzəl ifa etdim. Gördüm ki, Hacıbaba mənə baxdı. O zaman başa düşdüm ki, bacarmışam", - deyə o, sözlərinə əlavə edib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alim Qasımov "Məktəbdə" xalça üzərində oxumağından danışdı - "Kaspi"nin LAYİHƏSİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu gün ilk Qədr gecəsidir
Bu gün Üçüncü Qədr gecəsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













