Moldovalı deputat: Biz seçkilərin keçirilməsi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənə bilərik
Far.Az xəbər saytı

Moldovalı deputat: Biz seçkilərin keçirilməsi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənə bilərik


Moldova seçkilərin keçirilməsi məsələsində Azərbaycanın təcrübəsini öyrənə bilər.

"Far.Az" xəbər verir ki, bunu Moldova parlamentinin üzvü Vitali Jakot deyib.

O qeyd edib ki, Azərbaycanda keçirilən seçkiləri artıq ikinci dəfədir müşahidə edir.

“Qeyd etmək istərdim ki, bu, mənim seçkilərdə iştirakla bağlı ikinci təcrübəmdir. Bundan əvvəl Azərbaycanda keçirilən prezident seçkilərini izləmişəm. Seçkilər zamanı baş verən prosesləri, bütün incəlikləri və nüansları çox dərindən öyrənməyə çalışdım. Monitorinq zamanı həm infrastruktur məsələlərinə, həm də məntəqə daxilindəki ab-havaya diqqət yetirdim. Eyni zamanda məni seçicilərin məlumatlılığı da maraqlandırırdı”, - bildirib.
Deputatın sözlərinə görə, seçki məntəqələrində səsvermə prosesi son dərəcə şəffaf keçib, seçicilər konstruktiv dialoqa açıq olub.

“Hər şey çox yaxşı planlaşdırılmış və təşkil olunmuşdu. Deyə bilərəm ki, bu seçkilərlə bağlı bütün gözləntilərim özünü doğrultdu”, - V.Jakot vurğulayıb.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər