Qərbi Azərbaycan Xronikası: "Böyük Ermənistan" xülyası necə uydurulub?
Far.Az xəbər saytı

Qərbi Azərbaycan Xronikası: "Böyük Ermənistan" xülyası necə uydurulub?


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Rusiya niyə ermənilərə "qarant" oldu?" adlı veriliş hazırlanıb.

Verilişdə Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı "Böyük Ermənistan" xülyasının necə uydurulmasından, erməni ideologiyasının doğuluşu və doktrinaya çevrilməsindən danışıb.

O bildirib ki, Urartu dövləti ermənilərə aid deyil: "Urartu dili də, onun mədəniyyəti də Şimali Qafqaz xalqlarına aiddir. Urartu dövlətinin həqiqi sahibləri məhz onlardır".

Mərkəz rəhbəri erməni üsyanları və terror fəaliyyətlərinin gizli tarixi, Tiqran Mets əfsanəsi və fars kökləri, Sasun, Zeytun və Van üsyanlarının pərdəarxası planları, ermənilərin terrorçu fəaliyyətləri və Avropaya çağırışları barədə fikirlərini açıqlayıb.

Erməniləri qorumaq üçün Rusiya tərəfdən müdaxilə imkanlarının yarandığını vurğulayan Q.Çaxmaqlı "Rusiya niyə ermənilərə "qarant" oldu, Urartu dilinin indiki inquş dili ilə eynidirmi və erməni vətəni harada qurulmalıdır" suallarına da aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Oxşar xəbərlər

Bakı qoçusu Qafar Nağıyevin 1902-ci ilə aid mülkündən FOTOREPORTAJ
Xronika: "Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Urartu kitabələrində erməni və ya haylardan bəhs olunmur” – Qərbi Azərbaycan Xronikası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər