Özbəkistanda toylarda pul paylamaq və çoxlu qonaq dəvət etmək qadağan edilib
Far.Az xəbər saytı

Özbəkistanda toylarda pul paylamaq və çoxlu qonaq dəvət etmək qadağan edilib


Özbəkistan hökuməti ötən il qəbul etdiyi və indi toylara dəvət olunan qonaqların sayını 200-dən çox olmamaq şərti ilə məhdudlaşdıran qərarı təsdiqləyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, toylara dəvət olunan qonaqların sayı 200 nəfər, ənənəvi plov üçün isə 250 nəfərlə məhdudlaşır.

Birgə toy və iki plov mərasimi üçün icazə verilən qonaqların sayı sənədə əsasən müvafiq olaraq 250 və 300 nəfərdir.

Həmçinin pul və parça paylanması kimi həddindən artıq xərclərə səbəb olan və çox vaxt ailələr üçün dözülməz yükə çevrilən təcrübələri də qadağan edilib.

Hökumətin məhdudiyyətləri qeyd etmələrə gələn qonaqların sayını tənzimləməkdən çox, lazımsız maliyyə xərclərinin qarşısını almaq məqsədi daşıyır. Agentliyin məlumatına görə, bu, uzun müddətdir ki, ölkə əhalisi üçün aktual məsələ olub.

Sənəddə o da qeyd olunub ki, tədbirlərə ciddi nəzarət etmək və əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsinə yönəlmiş "Rasional istehlak" proqramı çərçivəsində qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər