"Əl-Nəsr" klubu Almaniya Bundesliqasında çıxış edən futbolçunu transfer edib
Far.Az xəbər saytı

"Əl-Nəsr" klubu Almaniya Bundesliqasında çıxış edən futbolçunu transfer edib


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Almaniya Bundesliqasında çıxış edən futbolçunu transfer edib.

"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, asiyalılar “Leypsiq”dən ayrılan Mohamed Simakanla anlaşıb.

24 yaşlı fransalı müdafiəçinin bu keçidi "Əl-Nəsr"ə 45 milyon avroya başa gəlib.

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun da heyətində yer aldığı “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasında beşinci sırada qərarlaşıb.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı klubu fransalı futbolçunun keçidi üçün "Bavariya" ilə anlaşıb
Premyer Liqa klubu portuqaliyalı futbolçu ilə anlaşıb
"Mançester Siti"dən ayrılan futbolçunun Səudiyyə Ərəbistanı klubuna keçidi rəsmiləşib
Fernandu Santuş: Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur
Ronaldu sosial şəbəkədə yeni rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər