ABŞ-də aşkarlanan 83 Roma sikkəsi Türkiyəyə qaytarılıb
ABŞ-də aşkarlanan 83 Roma sikkəsi Türkiyəyə qaytarılıb.
Far.Az xəbər verir ki, ABŞ-də 2015-ci ildə ələ keçirilən və aparılan araşdırmalara əsasən Anadolu ərazisindəki zərbxanalarda kəsildiyi müəyyən edilən Roma dövrünə aid 83 ədəd qədim sikkə Türkiyəyə qaytarılıb.
Məlumata görə, İmperator Maksimian, I Konstantin, II Konstantin və Arkadius dövrlərinə aid olan bu sikkələr ABŞ Daxili Təhlükəsizlik İstintaqları İdarəsi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsinin əməkdaşlığı nəticəsində ölkəyə gətirilib.
Sikkələr, Ankara Cumhuriyyət Muzeyində təşkil edilən mərasimdə Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazğıya, ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Brian Stimmler tərəfindən təqdim olunub.
Nazir müavini bildirib ki, 2021-ci ildə ABŞ ilə imzalanan ikitərəfli saziş mədəni irsin qorunması sahəsində əməkdaşlığı gücləndirib:
"Bu gün həyata keçirilən iade həmin razılaşmanın nə qədər səmərəli işlədiyinin göstəricisidir. Bu güclü əməkdaşlıq nəticəsində proses sürətli, şəffaf və effektiv şəkildə aparıldı və mədəni dəyərlərimiz təhlükəsiz formada ölkəmizə qaytarıldı. Sikkələr Roma imperiyasının III–IV əsrlərində Anadolu zərbxanalarında kəsilmiş, həmin dövrün siyasi və hərbi proseslərinin izlərini daşıyan qiymətli irsimizdir".
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində olublar
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













