3D-printerlə hazırlanmış hiperkar beş gündə beş rekord qırdı
3D-printerlə hazırlanmış hiperkar beş gündə beş rekord qırdı.
Far.Az xəbər verir ki, ABŞ-də hazırlanmış hiperkar Czinger 21C, 3D-print və unik mühəndis həlləri sayəsində yalnız beş gün ərzində beş rekord qırıb. Avtomobil Kaliforniya ştatının beş yarış trasında-Thunderhill, Sonoma, Laguna Seca, Willow Springs və The Thermal Club-ən yaxşı nəticələri göstərib. Ümumilikdə Czinger əvvəlki rekordu 16,26 saniyə yaxşılaşdırıb. Bütün sürətlər RaceLogic sistemi və müstəqil şahidlər tərəfindən təsdiqlənib.
Layihəyə California Gold Rush adı verilib. Hiperkarı yarışçı və test-pilot Joel Miller idarə edib, işlər isə baş mühəndis Euan Boldry rəhbərliyi ilə komandası tərəfindən koordinasiya olunub. Hadisə zamanı sənədli film də çəkilib.
Czinger 21C 2,9 litr həcmli V8 mühərrik, iki turbo və 4,4 kVt·saatlıq hibrid qurğu ilə təchiz olunub. Avtomobilin ümumi gücü 1350 at gücünə bərabərdir və maksimum sürəti 407 km/saat təşkil edir. Hiperkarın əsas xüsusiyyəti 3D-printlə hazırlanmış komponentlərin geniş istifadə olunmasıdır ki, bu da avtomobilin çəkisini azaldır və istehsal xərclərini aşağı salır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Kommunal xidmət göstərən qurumların "qaynar xətt"ləri barədə monitorinq aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













