Elon Mask dünyanın ilk yarım trilyoneri oldu
Far.Az xəbər saytı

Elon Mask dünyanın ilk yarım trilyoneri oldu


Tesla şirkətinin baş icraçı direktoru (CEO) Elon Mask servəti 500 milyard dollara çatan ilk şəxs olub.

BAKU.WS xəbər verir ki, Forbes jurnalının real vaxt rejimində yenilənən Milyarderlər Siyahısına əsasən, Türkiyə vaxtı ilə saat 22:30-da Maskın sərvəti 500 milyard dollar həddinə çatıb. Lakin ticarət gününün sonunda bu göstərici 499,1 milyard dollar təşkil edib.

Maskın sərvətindəki artım əsasən Tesla səhmlərinin dəyərinin yüksəlməsi, onun süni intellekt startapı xAI və kosmik şirkəti SpaceX-in bazar qiymətinin artması ilə bağlı olub. Qeyd edək ki, Tesla-nın səhmləri ilin əvvəlindən bu yana təxminən 14% bahalaşıb.

Forbes siyahısında Elon Maskı Oracle-ın qurucusu Lerri Ellison və Meta-nın qurucusu Mark Zukerberq izləyir.

Xatırladaq ki, Elon Maskın sərvəti ilk dəfə 2020-ci ilin avqustunda 100 milyard dolları keçib, 2021-ci ilin yanvarında isə 190 milyard dollarlıq sərvətlə dünyanın ən varlı insanı adını qazanıb.

Oxşar xəbərlər

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Maskın davam edən şousu  - müxalif partiya yaratmaq cəhdi - ŞƏRH
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Maskın sərvəti ilk dəfə 400 milyard dollardan aşağı düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər