Əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan şəxs yenə həkimliyə başlayıb?
Far.Az xəbər saytı

Əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan şəxs yenə həkimliyə başlayıb?


Sosial şəbəkələrdə saxta həkim olduğu iddia edilən və "Uğur-777" estetik klinikasında qeyri-etik görüntüləri gündəm olan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlaması ilə bağlı video yayılıb.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, videoda pasiyent klinikaya gəlir, həkimlə görüşür və liposaksiya ilə buxaq əməliyyatı olunmaq istədiyini bildirir. Sosial platformalarda "Dr Gülü" kimi tanınan Gülbadə Abdullayeva yeni ünvanda pasiyentləri qəbul edir.

O, "Dost" Estetik Mərkəzində çalışdığını təsdiqləyib, lakin cərrah kimi fəaliyyətə hələ başlamadığını bildirib.

Adının Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində olmadığı halda necə fəaliyyət göstərdiyinə gəlincə, G.Abdullayeva diplomunun tanınması üçün artıq müraciət etdiyini deyib.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, Gülbadə Əliqismət qızı Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur və onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.

Mərkəz, həmçinin qeyd edib ki, "Dost" Estetik Mərkəzi tibb müəssisəsi deyil və tibbi fəaliyyət üçün lisenziyası yoxdur. Bu mərkəz həm Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, həm də Dövlət Vergi Xidmətinin vergi uçotunda qeydiyyatda deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Həkim olmayan şəxslər invaziv əməliyyat edirlər? - Gündəm olan İDDİALARA CAVABLAR
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər