Milyarder İbrahim Suleymanov iki qətlin təşkilində İTTİHAM OLUNDU
Far.Az xəbər saytı

Milyarder İbrahim Suleymanov iki qətlin təşkilində İTTİHAM OLUNDU


Rusiyanın paytaxtı Moskvada saxlanılan milyarder İbrahim Suleymanov iki qətlin və bir qətl cəhdinin təşkilində ittiham olunur.

Far.Az xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi "Telegram" kanalında məlumat verilib.

Məlumatda deyilir:

"Suleymanov İbrahim Ameeviç, Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi, 105-ci maddənin 2-ci hissəsinin 'j' bəndi, 30-cu maddənin 3-cü hissəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham olunur".

Qeyd edək ki, iş adamına cinayətkar qrup tərəfindən iki qətlin, həmçinin bir qətl cəhdinin təşkilində iştirakla bağlı ittiham irəli sürülüb.

Bundan əvvəl məlum olmuşdu ki, Moskvanın Basmannı Rayon Məhkəməsi Suleymanov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. O, 2 dekabr 2025-ci ilə qədər İstintaq Təcridxanasında (SIZO) saxlanılacaq.

Hadisə ilə bağlı araşdırmanı Rusiya İstintaq Komitəsinin Mərkəzi Aparatı aparır.

Xatırladaq ki, 2024-cü ildə ittiham olunan şəxs qardaşı Rasul ilə birlikdə iri "Sirena-Travel" İT şirkətinin sahibi olub.

Oxşar xəbərlər

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
Milyarder İbrahim Süleymanov Moskvada tanınmış şəxsin qətlində ittiham edilir
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
FHN-də Anım Günü qeyd olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər