III MDB Oyunları: Boksçularımız ikinci qızıl medal qazandı
Far.Az xəbər saytı

III MDB Oyunları: Boksçularımız ikinci qızıl medal qazandı


III MDB Oyunlarında oğlan boksçular arasında final döyüşləri davam edir.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan millisinin boksçusu Əli Əliyev (48 kiloqram çəki dərəcəsi) Tacikistan təmsilçisi Azamjon Hasanova qalib gələrək qızıl medala layiq görülüb.

Qeyd edək ki, budan əvvəl digər boksçumuz Qardaş Rəhimov (46 kiloqram) Özbəkistan təmsilçisi Utkirbek Norkosimova qalib gələrək Azərbaycan millisinin ilk qızıl medalını qazanıb.

***13:30

Azərbaycanın daha iki qılıncoynadanı III MDB Oyunlarında bürünc medalı özləri üçün təmin ediblər.

Far.Az "Report"a istinadən xəbər verir ki, Valentina Zeynalova və Zərifə Hüseynova yarımfinala yüksəlməklə bu uğura imza atıblar.

Qeyd edək ki, onlar qılıncoynatmanın sablya növündə mübarizə aparırlar.

***12:11

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası ikinci medalı qazanıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.

Qeyd edək ki, daha əvvəl Amil Ramazanov kayak qayığında 500 metr məsafə üzrə bürünc medal əldə edib.

***11:40

Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunlarında gümüş medal qazanıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, badmintonçu rusiyalı Marina Tarasova ilə qarşılaşıb.

Qəbələ Olimpiya İdman Kompleksində baş tutan görüş rusiyalı tennisçinin qələbəsi ilə başa çatıb - 2:0.

Qeyd edək ki, badminton yarışlarına bu gün yekun vurulacaq. Daha öncə badmintonçularımız 6 bürünc mükafat qazanıb. Beləliklə idmançılarımız turniri 7 medalla başa vurublar.

Oxşar xəbərlər

III MDB Oyunları: Üzgüçülüyün daha iki növündə medalçılar müəyyənləşib
Azərbaycan üzgüçüsü III MDB Oyunlarında qızıl medal qazanıb
III MDB Oyunları: Azərbaycanın badminton komandası bürünc medal qazanıb
III MDB Oyunlar: Azərbaycanın daha iki qılıncoynadanı bürünc medalı təmin edibər
Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər