"Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA
Far.Az xəbər saytı

"Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA


"Gənclərin gələcəyi və təhsili ilə bağlı məsələlərdə diqqətli olmaq lazımdır. Bu baxımdan, məmur kimi öz vəzifəsini yerinə yetirə bilməyən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, korrupsiyada ittiham olunan və həbsdə yatan şəxsin müəllim kimi auditoriyaya buraxılmasını ilk növbədə özü istəməməlidir, ümumiyyətlə isə bu təcrübəyə yol vermək olmaz".

Far.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azad Vətən Partiyasının (AVP) sədri, tarix elmləri namizədi Akif Nağı sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun universitetlərin birində müəllim kimi fəaliyyətə başlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ali məktəb kimlərinsə vaxtını, ömrünün yerdə qalan hissəsini keçirmək yeri deyil:

"Ona görə də bu kimi amillər müsbət tendensiya yaratmır. Əli korrupsiyaya bulaşan, rüşvətxor bir insan müəllim kimi şərəfli peşənin adını daşıya bilməz. Hesab edirəm ki, onun müəllim kimi fəaliyyətini davam etdirməsi yolverilməzdir".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər