ABŞ “HƏMAS” rəhbərliyini Amerika vətəndaşlarını öldürməkdə ittiham edib
ABŞ “HƏMAS” siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvarı və radikal Fələstin hərəkatının digər yüksək vəzifəli şəxslərini 2023-cü il oktyabrın 7-də İsrailə terror hücum zamanı Amerika vətəndaşlarını öldürməkdə ittiham edib.
“Report” xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin elektron məlumat bazasında dərc edilmiş sənədlərdə göstərilib.
Onlar terrorizm, ABŞ vətəndaşlarını qətlə yetirmək və ölümlə nəticələnən kütləvi qırğın silahlarından istifadə etmək daxil olmaqla yeddi maddə ilə ittiham olunurlar.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından radikal HƏMAS qruplaşmasının silahlı tərəfdarlarının İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək Livan və Suriyanın zolağına və müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
İsraildə 240 bomba sığınacağı açılıb
İsrail Qəzzada HƏMAS qüvvələrinin əksəriyyətinin məğlub olduğunu elan edib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













