Sabir Zeynalov: Los-Ancelesdə daha yaxşı nailiyyət əldə etmək üçün çalışacağam
Far.Az xəbər saytı

Sabir Zeynalov: Los-Ancelesdə daha yaxşı nailiyyət əldə etmək üçün çalışacağam


“Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmaq mənim üçün qürurverici bir hissdir”.

“Report” xəbər verir ki, bu sözləri parataekvondo üzrə Azərbaycan milli komandasının üzvü Sabir Zeynalov deyib.

“Los-Ancelesdə daha yaxşı nailiyyət əldə etmək, yəni çempion olmaq üçün çalışacağam. Əlimdən gələni edəcəyəm ki, 2028-ci ildə Vətənə qızıl medal ilə qayıdım”, - deyə o qeyd edib.

İdmançı səhvlərindən nəticə çıxardığını da bildirib: “Təəssüf ki, Parisdə bəzi səhvlərimə görə çempion ola bilmədim. Bu səhvlərdən nəticə çıxarıb gələn yarışlarda daha yaxşı iştirak etmək lazımdır”.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb - YENİLƏNİB
“Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb
Parisdə üçüncü olan Azərbaycan paralimpiyaçısı: Səhvlərə görə qızıl medalı əldən verdim
Paris-2024: Azərbaycan parataekvondoçusu qızıl medal qazanıb – YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər