

Avropalı məmurların qanında "əbədi toksinlər" aşkarlandı
Həkimlər bəzi Avropa rəsmilərinin qanında "əbədi toksinlər" kimi tanınan perftor üzvi birləşmələri (PFAS) aşkar ediblər.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, iyul ayında Avropa İttifaqına (Aİ) üzv ölkələrin ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə avropalı məmurlara qanlarında PFAS-ın mövcudluğuna dair analiz vermək təklif olunub. 24 rəsmi, o cümlədən ətraf mühit məsələləri üzrə Avropa komissarı Cessika Rosvall testdən keçməyə razılaşıb.
Analiz nəticələrinə əsasən, onların hamısında qanda "əbədi toksinlər" aşkar edilib. Bu zaman test olunanların yarısında göstəricilər normanı keçib.
Bildirilir ki, PFAS teflon (politetrafloroetilen), soyuducu vasitələr, polimerlər, boyalar və istehlak materiallarının istehsalında istifadə olunur. Onların geniş istifadəsi bu birləşmələrin molekullarının təbii ekosistemlərdə, həmçinin insan orqanizmində toplanmasına səbəb olub.
Son illərin tədqiqatları göstərir ki, PFAS molekulları qalxanabənzər vəzi, immun sistemi və digər orqanların işini pozur.
Oxşar xəbərlər
Açıq-saçıq rollara çəkilməyən Cessika Albanı Hollivud silmək istədi amma...
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Məşhur çips məhsulunda UYĞUNSUZLUQ AŞKARLANDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Görkəmli alim Aida İmanquliyevanın doğum günüdür
-
Futbol üzrə dünya çempionatının vaxtı dəyişdirilə bilər
-
Savaşın taleyini müəyyənləşdirən Hadrut əməliyyatı - Düşmənə gözlənilməz zərbə
-
Kanadada əyləncə parkı 30 ağ balinanı öldürmək məcburiyyətində qala bilər
-
201 nömrəli tam orta məktəbin direktoru işdən azad edilib
-
DÇ-2026: Azərbaycan millisi bu gün Parisdə Fransa yığması ilə qarşılaşacaq