

Azərbaycan və Oman 200 milyon dollarlıq Birbaşa İnvestisiya Fondu yaradıb
Azərbaycan İnvestisiya Holdinqi və Oman İnvestisiya Qurumu arasında dəyəri 200 milyon ABŞ dolları olan Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.
Far.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu, Omana işgüzar səfər çərçivəsində baş tutub.
"Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpa olunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək", - deyə nazir qeyd edib.
Oman Sultanlığına işgüzar səfərimiz zamanı Oman İnvestisiya Qurumu (@Oman_OIA) və Azərbaycan İnvestisiya Holdinqi (@AzInvestHolding) arasında dəyəri 200 milyon ABŞ dolları həcmində müəyyən edilən #Azərbaycan - #Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar… pic.twitter.com/t7WRk8TKMb
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 8, 2025
Oxşar xəbərlər
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Cəbrayıldakı “Şəfəq” GES-lə bağlı Birgə İştirak Müqaviləsi imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Görkəmli alim Aida İmanquliyevanın doğum günüdür
-
Futbol üzrə dünya çempionatının vaxtı dəyişdirilə bilər
-
Savaşın taleyini müəyyənləşdirən Hadrut əməliyyatı - Düşmənə gözlənilməz zərbə
-
Kanadada əyləncə parkı 30 ağ balinanı öldürmək məcburiyyətində qala bilər
-
201 nömrəli tam orta məktəbin direktoru işdən azad edilib
-
DÇ-2026: Azərbaycan millisi bu gün Parisdə Fransa yığması ilə qarşılaşacaq