Almaniya mediası Azərbaycan və Rusiya prezidentlərinin görüşündən yazıb
Almaniyanın nüfuzlu media orqanları Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasına görə Rusiya hava hücumundan müdafiə qüvvələrinin məsuliyyət daşımasını ilk dəfə etiraf etməsindən yazıb.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Spiegel", "Zeit", "Bild", "Tagesschau", "Tagesspiegel", "Frankfurter Allgemeine" və s. media qurumlarının yaydığı xəbərlərdə Rusiya Prezidentinin həlak olanların ailələrinə kompensasiya ödəniləcəyinə dair zəmanət verdiyi xüsusi vurğulanıb.
Eləcə də Vladimir Putinin iş üzrə istintaqın başa çatmaq üzrə olduğunu, məsələ ilə bağlı bütün zəruri addımların atılacağını və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirdiyi qeyd olunub.
"Putin ilk dəfə olaraq rəsmi şəkildə bildirib ki, qəza Rusiya Hava Hücumundan Müdafiə qüvvələrinin səhvi nəticəsində baş verib", - deyə "Spiegel" qəzetində bildirilib.
Xəbərlərdə ötən ilin sonunda baş vermiş hadisə bir daha diqqətə çatdırılıb, sərnişin təyyarəsinin vurulmasına görə 38 nəfərin həlak olduğu, 29 nəfərin xəsarət aldığı qeyd edilib. Hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya tərəfindən rəsmi etiraf tələb etdiyi və beynəlxalq məhkəməyə müraciət olunacağını bildirdiyi vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Düşənbədə Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













