İranda məcburi hicab qaydası ləğv olunub?
"Son günlər İranda qadınların küçə və xiyabanlarda, ticarət mərkəzləri və təhsil müəssisələrində hicabsız şəkildə sərbəst hərəkətini əks etdirən görüntülər geniş diqqət çəkib və ölkədə hicab məcburiyyətinin ləğv olunduğu barədə qənaət doğurub.
Ötən həftə tanınmış İran siyasətçisi, Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahünərin məcburi hicabla bağlı verdiyi açıqlama da bu qənaəti gücləndirib. Bahünər bildirib ki, artıq ölkədə məcburi hicab qanununa riayət etmək vacib deyil, hazırda hicabsızlıq qanuni baxımdan heç bir cərimə, cəza və digər hüquqi nəticələr doğura bilməz, bunu polisə də deyə bilərsiniz. İran parlamentinin deputatı və parlament sədrinin müşaviri olmuş Bahünər deyib: "Mənim ilk gündən məcburi hicaba inamım olmayıb və indi də yoxdur".
Bu barədə "Azad İran" "YouTube" kanalının təqdim etdiyi süjetdə bəhs olunur.
Bildirilir ki, əslində Bahünərin bu açıqlaması ölkədə yaranmış obyektiv reallığı ifadə edib və həmin gerçəkliyin yaranmasında son üç ildə İran qadınlarının sarsılmaz müqaviməti və davamlı etirazları ilə yanaşı, Məsud Pezeşkian hökumətinin atdığı addımlar da önəmli rol oynayıb:
"Sadəcə, bu həqiqətin islahatçı qüvvələrin təmsilçisi deyil, İranda mühafizəkar siyasi cinahın aparıcı simalarından biri tərəfindən dilə gətirilməsi xüsusi maraq və geniş reaksiyalar doğurub. Görünən odur ki, İran hakimiyyəti 2022-ci ilin sentyabrında Məhsa Əmininin məcburi hicab qaydasına riayət etməməsinə görə öldürülməsi ilə başlanan kütləvi etirazların və sonrakı proseslərin cəmiyyətdə formalaşdırdığı reallıqla barışmalı olub".
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hansı çay orqanizm üçün daha faydalıdır?
-
Bu ay gözlənilməz sürprizlər yaşayacaq yeganə BÜRC
-
Türkiyədə 5.2 ballıq zəlzələ olub
-
Ayın səthində iki "sirli" parıltı aşkarlandı
-
Türk hərbçilərin də olduğu təyyarə qəzasından ANBAAN GÖRÜNTÜLƏR
-
Azərbaycanın bəzi ərazilərində magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq













