Maşın bazarında avtosalon sahibi ağac kəsdi: Ona mane olmaq istəyən şəxsi yaraladı
Bakının Badamdar qəsəbəsindəki maşın bazarında yerləşən "36A" avtomobil salonunun sahibi Cavad Əliyev obyektinin yaxınlığındakı ağacı kəsib.
BAKU.WS xəbər verir ki, bu barədə "Unikal"a həmin bazarda fəaliyyət göstərən Rizvan Mehdiyev məlumat verib.
O bildirib ki, Cavad Əliyev mağazasında işləyən Bəxtiyar və qaynı İlham adlı şəxslərlə birlikdə ağacı kəsib: "Görüntülər sentyabr ayının 30-da lentə alınıb. Ondan bir həftə əvvəl isə ağacın dibinə dizel yanacağı tökürdülər ki, qurusun. Onlar bu əməli törədəndə mən həmin şəxslərə irad bildirdim. Cavad isə xəbərdarlığa məhəl qoymadı və qeyri-etik ifadələr işlətdi. Daha sonra Cavad mənimlə mübahisə etməyə başladı. İki nəfər idilər. Biri məni tutdu, digəri isə başıma ağac parçası ilə zərbə endirdi, xəsarət aldım. Xəsarətimlə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan rəy almışam. Hazırda bu işlə bağlı polisdə araşdırma aparılır", - deyə R.Mehdiyev əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













