Evlər bahalaşacaq - Mənzillərlə bağlı MÜHÜM YENİLİK
Far.Az xəbər saytı

Evlər bahalaşacaq - Mənzillərlə bağlı MÜHÜM YENİLİK


Hazırda enerji sərfiyyatının böyük həcmi yaşayış binalarının üzərinə düşür. Bundan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq.

Enerji effektivliyini təmin etmək üçün tikinti layihəsi mərhələsində enerji sərfiyyatının hesablanması vacibdir. Bu hesablamalara əsasən, binalara enerji sinfi təyin edilir və bu göstəricilər enerji effektivliyi pasportunda əks olunur. Millət vəkili Rövşən Muradovun sözlərinə görə, enerji effektivliyi pasportunun qiyməti binanın tipi və sahəsindən asılı olaraq müəyyənləşdiriləcək.

Onun bildirdiyinə görə, bina sahəsi artdıqca, hər kvadratmetrə düşən qiymət nisbətən azalır. Binaların pasportlaşdırılması mənzil bazarına da ciddi təsir göstərəcək. İqtisadçı Xalid Kərimli hesab edir ki, bundan sonra insanlar mənzil alarkən və ya daşınmaz əmlak icarəyə götürərkən onun enerji sinfinə xüsusi diqqət yetirəcəklər:

"Bu vəziyyət enerji baxımından qənaətli binalara tələbatın artmasına səbəb olacaq. Nəticədə, enerji sinfi daha yüksək olan əmlakların qiyməti də yüksələcək. Eyni zamanda bu, həmin binaları inşa edən şirkətlər üçün bir növ marketinq üstünlüyünə çevriləcək. Onlar məhsullarını təqdim edərkən bu amili əlavə üstünlük kimi önə çıxara biləcəklər".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bünövrədən, yoxsa hazır binadan: hansı mənzilləri almaq daha sərfəlidir?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər