Minifutbol üzrə Azərbaycan millisinin kapitanı Elvin Əlizadə: "Slovakiyaya çempionluq üçün gəlmişik"
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olmağı hədəfləyib.
Bunu "Far.Az"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında komandanın kapitanı Elvin Əlizadə deyib.
O, qrup mərhələsinin sonuncu - Fransa ilə oyunundakı qələbə ilə bağlı fikirlərini bölüşüb:
"Qrup mərhələsinin son oyunu idi. Ardıcıl 2 zəfərdən sonra 3-cü qələbə çox vacib idi. Çünki hər uğur motivasiyanı daha da yüksəldir. Yaxşı oyun nümayiş etdirərək qalib gəlmək mümkün oldu".
E.Əlizadə 1/8 finalda qarşılaşacaqları Qazaxıstan komandasını da dəyərləndirib:
"Növbəti rəqibimiz olan Qazaxıstan tanış komandadır. Onların heyətində dəyişikliklər olub, yeni oyunçular gəlib. Rəqib təhlil ediləndən sonra təqdim olunacaq məlumatlar əsasında oyun göstərmək əsas hədəfdir. Qazaxıstanla qarşılaşmalar həmişə çətin keçib. Bəzi hallarda onlarda bəxt amili həlledici rol oynayıb. Amma bu il hazırlıqları daha yüksək səviyyədədir və heyət baxımından inkişaf var. Turnirə çempionluq üçün gəlmişik, hələ ki hər şey qaydasındadır. Bu uğura görə Azərbaycan xalqını, azarkeşləri və ailələri təbrik edirəm".
Xatırladaq ki, Azərbaycan komandası qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan millisi ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir
-
ABŞ Türkmənistan qazının Transxəzər marşrutlarla ixracını dəstəkləyir
-
Göyçayda güclü külək ağacı avtomobilin üstünə aşırıb, rayonda bir sıra fəsadlar yaranıb
-
İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..."
-
Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb
-
ABŞ Sakit Okeanda narkotikdaşıyan gəmiyə zərbə endirib













