İtaliyada məşhur qanqster yatağındaca saxlanılıb
Far.Az xəbər saytı

İtaliyada məşhur qanqster yatağındaca saxlanılıb


İtaliyada ən təhlükəli qanqsterlərindən biri hesab olunan 39 yaşlı Leonardo Cezualdo gecə reydi zamanı yatağında yatarkən həbs edilib.

Far.Az xəbər verir ki, o, ölkənin məşhur "Foggia mafiyası"nın yüksək rütbəli üzvü kimi tanınırdı. İtaliya Müdafiə Nazirliyinin məlumatına görə, karabinlilər onun evinə daxil olaraq Cezualdonu yatdığı yerdə yaxalayıblar. Evdən nömrələri silinmiş dolu tapança da tapılıb.

Cezualdo 2020-ci ildə məhkəmədən yayınaraq gizləndiyi üçün mafiyaya aid cinayətlərə görə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

İtaliyanın Baş naziri Corcia Meloni hadisəni hüquq-mühafizə orqanlarının mafiyaya qarşı mübarizədə böyük uğuru kimi qiymətləndirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsinin başlamasından 4 il ötür
İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər