"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi Şabran rayonunda davam etdirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının(AHİK) təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və "Referans Medical Group"un dəstəyi ilə keçirilən "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi aprelin 23-24-də Şabran rayonunda davam etdirilib.
Əvvəlcə Şabran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Şabran Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı onkologiya, kardiologiya, nevrologiya, psixiatriya, ginekologiya və endokrinologiya sahəsi üzrə peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb.
İki gün ərzində ümumilikdə 700-dən artıq vətəndaşa1100-dən çox tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müayinəyə gələn uşaqlara hədiyyələr verilib. Tədbirin təşkilində AHİK könüllüləri də iştirak ediblər.
Qeyd edək ki, səyyar tibbi müayinələr üzvlərimizin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətimizin sosial siyasətinə dəstək vermək məqsədilə təşkil olunur. Layihənin ölkəmizin digər dağ, dağətəyi və sərhədyanı rayonlarında da keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası növbəti sosial layihəyə start verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təlim mərkəzi fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq













