Dövlət Komitəsinin sədr müavini: İşğaldan azad edilmiş ərazilərdə 350-dən çox mina qurbanı olub
Far.Az xəbər saytı

Dövlət Komitəsinin sədr müavini: İşğaldan azad edilmiş ərazilərdə 350-dən çox mina qurbanı olub


İşğaldan azad edilmiş ərazilərdə 1.5 milyon mina və partlamamış hərbi sursatlar yerləşdirilib, bu günədək 350-dən çox mina qurbanı olub və partlamamış hərbi sursatlar köç prosesinə mane olur.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Böyük Britaniyanın “Express” qəzetində Xəbərlər departamentinin sabiq rəhbəri, bir sıra nüfuzlu mətbu orqanlarla əməkdaşlıq etmiş müstəqil jurnalist Paul Baldvinə müsahibəsində söyləyib.

Müsahibə zamanı sədr müavini əvvəlcə komitənin yaranma tarixi, Azərbaycan torpaqlarının işğal altında olduğu 30 illik dövr, çadır şəhərcikləri və onların aradan qaldırılması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən görülən işlərdən söz açıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən məcburi köçkünlərə dəstək göstərilməsi, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, çadır şəhərciklərinin ləğv edilməsi istiqamətində xeyli işlər görülüb. Birinci vitse-prezident Mehriban Əliyeva həssas kateqoriyaya aid olan bu insanların problemlərini daim diqqətdə saxlayıb.

Daha sonra əcnəbi jurnalistə 44 günlük Vətən müharibəsindən, işğaldan azad edilmiş ərazilərdə postmüharibə dövründə aparılan tikinti, bərpa-quruculuq işlərindən danışılıb. Bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, keçmiş məcburi könüllülərin təhlükəsiz qayıdışının təşkili istiqamətində mühüm işlər davam etdirilir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in beş əsas istiqamətindən biri işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışdır.

F.Hüseynov vurğulayıb ki, məcburi köçkünlər arasında sorğular aparılıb, əhalinin mütləq əksəriyyəti Böyük Qayıdışa hazır olduğunu bildirib. İşğaldan azad edilmiş ərazilərə 8000-dək insan artıq köçürülüb və daimi məskunlaşdırılıb.

Görüşün sonunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Mehriban Əliyeva - Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər