Latviyada Rusiya və Belarusla sərhədi keçmək pullu oldu – Canlı növbə sistemi ləğv edildi
Latviyada oktyabrın 15-dən etibarən Rusiya və Belarusla sərhədi keçmək istəyənlər üçün ödənişli elektron növbə sistemi qüvvəyə minib.
Far.Az-in məlumataına görə, bu barədə məlumat Latviyanın Dövlət Gömrük Komitəsinin rəsmi saytında yayımlanıb.
Yeni qaydalara əsasən, ölkənin xarici sərhədlərində yerləşən "Qrebneva", "Terehova" və "Paternieki" buraxılış məntəqələrindən keçmək istəyən sürücülər artıq əvvəlcədən onlayn qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı buraxılış məntəqəsi, tarix, vaxt və növbə növü barədə məlumatlar daxil edilməlidir.
Sərhədi keçmək üçün elektron növbədə yer bron etməyin dəyəri 9,3 avro (18.32 AZN) təşkil edir. Qeydiyyat sistemi oktyabrın 1-dən fəaliyyətə başlayıb, lakin 15 oktyabrdan etibarən canlı növbədə dayanmaqla sərhədi keçmək artıq mümkün olmayacaq.
Latviyanın rəsmi qurumları bu addımı sərhəd təhlükəsizliyinin artırılması və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə atdıqlarını bildiriblər. Yeni sistemin, xüsusilə yük daşıyan nəqliyyat vasitələrinin keçidində uzun növbələrin yaranmasının qarşısını alacağı gözlənilir.
Bu qərar Rusiyada ciddi narazılıqla qarşılanıb. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin oktyabrın 14-də çıxışı zamanı bildirib ki, Baltikyanı ölkələrdə yaşayan ruslar "təzyiq və alçaldılma" ilə üzləşirlər. Onun sözlərinə görə, Rusiya hakimiyyəti həmin vətəndaşların hüquqlarını qorumaq üçün bütün mümkün addımları atacaq.
Eyni zamanda, Latviyada ruslarla bağlı deportasiya prosesi də gündəmdədir. Oktyabrın 10-da Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Madara Puke bildirib ki, 800-dən çox rusiyalı miqrasiya qanunlarını pozduqlarına görə ölkədən çıxarılacaq.
Rəsmi açıqlamaya görə, onların vizalarının və ya yaşayış icazələrinin müddəti bitib, lakin ölkəni vaxtında tərk etmədikləri üçün Latviya ərazisində qanunsuz qalma halı kimi qiymətləndiriləcək.
Bu məsələ ilə bağlı Kreml də münasibət bildirib. Prezident Administrasiyasının nümayəndələri qeyd ediblər ki, Latviyanın bu addımları ikitərəfli münasibətlərə mənfi təsir göstərir və rusiyalıların hüquqlarının pozulması yolverilməzdir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Yayda səyahət ediləcək sərfəli ölkələr - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













