

Dövlət Agentliyi qanunsuz əməllərlə məşğul olan QHT-lərə çağırış edib
Son zamanlar bir sıra QHT-lərin özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarda təltif etməsi müşahidə edilir.
"Far.Az"un məlumatına görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaydığı bəyanatda bildirilib ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir.
Qeyd olunub ki, bu qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz:
"İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik".
Oxşar xəbərlər
Mehriban Əliyevanın doğum günüdür
Tələbə adını qazanan şəhid övladları - SİYAHI
Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydası müəyyən edilib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əzəli rəqiblərin ticarət MÜHARİBƏSİ: Coca-Cola Pepsi-ni geridə qoyur
-
Məşhur aktyor xəstəlikdən əziyyət çəkən oğlunu sığınacağa yerləşdirdi
-
78 yaşlı sənətçi 39 yaşlı sevgilisindən ayrılıb? - FOTO
-
Bir sıra şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb
-
Naxçıvanda bacısını öldürən şəxs: "Namusumu küçələrə atmısan"
-
Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM