Azercell-in təşəbbüsü ilə yaradılan "Qadın Dəstək Xətti" son 3 ay ərzində 1094 müraciət qeydə alıb
Far.Az xəbər saytı

Azercell-in təşəbbüsü ilə yaradılan "Qadın Dəstək Xətti" son 3 ay ərzində 1094 müraciət qeydə alıb


Azercell Telekomun dəstəyi ilə fəaliyyət göstərən "Qadın Dəstək Xətti" (QDX) 2025-ci ilin iyul-sentyabr ayları ərzində ümumilikdə 1094 müraciət qəbul edib.

Müraciətlər arasında psixoloji dəstək (366), hüquqi yardım (181), məişət zorakılığı halları (130) və boşanma prosesində yaşanan çətinliklərlə (116) əlaqədar sorğular üstünlük təşkil edib. Eyni zamanda, sığınacaq təminatı (76), təhsil məsələləri (69), sosial və maddi rifah problemləri (44) və səhiyyə hüquqlarının təmin olunması (14) ilə bağlı sorğular cavablandırılıb. Digər müraciətlər (98) isə ümumi xarakterli sualları, xidmət haqqında məlumat sorğularını və müxtəlif istiqamətli mövzuları əhatə edib.

Hesabat dövründə xidmətin psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət peşəkar komandası müraciətçilərlə fərdi şəkildə görüşərək onların ehtiyaclarına uyğun dəstək göstərib. Zəruri hallarda qadınlar hüquqi məsləhət, tibbi yardım və sosial müdafiə imkanlarından yararlanmaq üçün müvafiq dövlət qurumlarına, reabilitasiya mərkəzlərinə və sığınacaqlara yönləndirilib.

2022-ci ildə Azercell-in təşəbbüsü ilə yaradılan "Qadın Dəstək Xətti" Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı ilə fəaliyyətini davam etdirir. Xidmətin əsas məqsədi zorakılıq hallarında operativ və kompleks psixososial yardım göstərmək, qadınların reabilitasiyasını və cəmiyyətə reinteqrasiyasını təmin etməkdir.

Bu məqsədlə QDX icma əsaslı hüquq klinikaları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Məktəblərdə psixoloqların fəaliyyəti qaneedicidir?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər