Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunda 27 Sentyabr - Anım Günü qeyd edilib
Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
Baş konsulluqdan "Far.Az"a verilən məlumata görə, tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbçilərin və bütün şəhidlərin xatirəsi yad edilib, bir dəqiqəlik sükutla anılıb.
Baş Konsulluğun rəhbəri vəzifəsini müvəqqəti icra edən Asim Osmanov çıxış edərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində güclü və sabit dövlətin formalaşması, müstəqil Azərbaycanın təməlinin qoyulduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan uzun illər beynəlxalq hüquqa və sülh prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Ermənistan işğalçı siyasətini davam etdirib. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və 44 gün davam edən müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
A.Osmanov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətin, xalqın birliyinin və vətənpərvərliyinin ölkənin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsindəki əvəzsiz rolunu vurğulayıb.
Tədbirdə Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, Azərbaycanın təşəbbüsü ilə aparılmış sülh prosesi barədə bəhs edilərkən 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşünün tarixi əhəmiyyəti qeyd olunub.
Diplomat bu gün azad edilmiş ərazilərdə aparılan geniş bərpa və yenidənqurma işlərinin uğurla davam etdirildiyini vurğulayıb.
Anım Günü tədbiri Azərbaycan diaspor nümayəndələrinin, Sverdlovsk vilayəti (AMOR) Azərbaycanlı Gənclər Təşkilatının üzvləri və Ural Dövlət İqtisad Universitetinin müəllimi Müşfiq Ağababayevin çıxışları ilə davam edib. Onlar öz çıxışlarında Vətən müharibəsinin regionda hüquqi və tarixi ədalətin bərpa olunmasındakı müstəsna rolundan və cənab Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin haqlı mövqeyindən, Anım Gününün Azərbaycan xalqının tarixindəki əhəmiyyətindən bəhs ediblər.
Tədbirdə Baş Konsulluğun kollektivi ilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri, tələbələr də iştirak ediblər.
Oxşar xəbərlər
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var
-
Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib
-
Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub













