Almaniyada yaşayanların DİQQƏTİNƏ! Hər evdə 10 günlüyə qədər fövqəladə ehtiyat saxlanılmalıdır
Far.Az xəbər saytı

Almaniyada yaşayanların DİQQƏTİNƏ! Hər evdə 10 günlüyə qədər fövqəladə ehtiyat saxlanılmalıdır


Almaniyanın Federal Mülki Müdafiə və Fövqəladə Yardım İdarəsi (BBK) tərəfindən hazırlanan "Kriz və Fəlakətlərə Hazırlıq" adlı yeni hesabatda hər bir ailəyə 3–10 günlüyə qədər ərzaq və gündəlik zəruri ləvazimat ehtiyatı saxlamaq tövsiyə edilib.

Far.Az xəbər verir ki, hesabatda qeyd olunur ki, Almaniya dünyanın ən təhlükəsiz ölkələrindən biri olsa da, təbiət hadisələri, kiberhücumlar, dezinformasiya və sabotaj kimi halların ölkənin infrastrukturu və ictimai sabitliyi üçün risk yaratma ehtimalı artıb.

Sənəddə həmçinin bildirilib ki, artıq müharibə riski bir neçə il öncə olduğu qədər "qeyri-mümkün" hesab edilmir.

BBK tərəfindən hazırlanan broşürdə su, qida, tibbi ləvazimat və gigiyena vasitələri kimi zəruri məhsulların siyahısı təqdim olunub. Məqsəd, fövqəladə vəziyyət zamanı yardımlar gələnədək vətəndaşların öz ehtiyaclarını müvəqqəti qarşılaya bilməsi üçün hazırlıqlı olmalarıdır.

Oxşar xəbərlər

Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər