Həzmi və dişləri korlayan təhlükə - XƏBƏRDARLIQ
Yeməyi meyvə şirələri, qazlı və ya şəkərli içkilərlə içmək son dərəcə zərərlidir. Çünki bu, bir çox sağlamlıq problemlərinə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.ru"ya danışan diyetoloq və qidalanma mütəxəssisi Nadejda Litvinova-Qrazion məlumat verib.
Mütəxəssisin sözlərinə görə, ilk növbədə həzm pozğunluğu riski artır. Şirələrdə və qazlı içkilərdə olan turşular mədənin selikli qişasını qıcıqlandırır, xüsusilə də eyni anda yeməklə qəbul edildikdə.
"Şirələr və qazlı içkilər çoxlu miqdarda sadə şəkərlər ehtiva edir. Onlar sürətlə qana sorulur və qlükoza səviyyəsində kəskin artım yaradır, bu da mədəaltı vəzə əlavə yük salır. Qlükoza dözümsüzlüyü və ya diabeti olan insanlar üçün bu xüsusilə təhlükəlidir", - deyə həkim izah edib.
Bundan əlavə, şəkərli içkilər "boş kalorilərin" mənbəyidir - onlar enerji versə də, demək olar ki, heç bir faydalı maddə, o cümlədən lif tərkibinə malik deyil. Belə kalorilər çox vaxt nəzərə alınmır, lakin zamanla artıq çəkiyə və ümumi kalori miqdarının yüksəlməsinə səbəb olur.
Qazlı və şəkərli içkilər həmçinin diş minasını zədələyərək onun dağılmasına gətirib çıxarır.
"Belə içkilərin uzunmüddətli istehlakı piylənmə, metabolik sindrom, II tip şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artırır", - deyə mütəxəssis xəbərdarlıq edib.
Alternativ olaraq, o, təmiz su (o cümlədən qazlı və mineral, amma əlavəsiz), həmçinin şəkərsiz bitki və ya ətirli çaylar içməyi tövsiyə edib.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













