Putin: Bakıda prioritet xarakter daşıyan bir sıra məsələləri müzakirə etməyə nail olduq
Azərbaycanla Rusiya arasında sənədlər imzalanacaq.
Far.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibli görüşdə bildirib.
O, geniştərkibli görüşdə Rusiya hökumətinin demək olar tam tərkibdə təmsil olunduğunu söyləyib.
Putin 10 gün bundan qabaq hökumətlərarası komissiyanın iclasının Bakıda keçirildiyini, komissiyanın iki ölkə arasında münasibətlərin inkişafını və əldə olunan razılıqların tam həcmdə icra olunduğunu qeyd etdiyini vurğulayıb.
"Belə geniş tərkibdə iş yaxın perspektivdə və gələcəkdə addımlarımızı müəyyən etməyə imkan verir. Biz məhdud tərkibli görüşdə prioritet xarakter daşıyan bir sıra məsələləri müzakirə etməyə nail olduq. Biz hələ müvafiq sənədləri imzalamalıyıq. Həmkarlarımızın, eləcə də bizim qeyri-formal şəraitdə dünən söhbət etmək imkanı olub. Bu gün də onlar öz aralarında danışa və yaxın perspektivdə addımları müəyyən edə biləcəklər", - Putin qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Prezident İlham Əliyevin Vladimir Putinlə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1 - FOTO
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













