iPhone 18 Pro peyklər vasitəsilə tam internet bağlantısına sahib ola bilər
Far.Az xəbər saytı

iPhone 18 Pro peyklər vasitəsilə tam internet bağlantısına sahib ola bilər


Apple şirkətinin 2026-cı ildə təqdim edəcəyi iPhone 18 Pro və Pro Max modellərində peyk üzərindən işləyən tam funksiyalı 5G internet bağlantısı tətbiq edə biləcəyi bildirilir.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu texnologiya yalnız fövqəladə vəziyyətlər üçün nəzərdə tutulan mövcud peyk əlaqəsindən fərqli olaraq, istifadəçilərə dünyanın istənilən nöqtəsində mobil şəbəkələrdən və əlavə avadanlıqlardan asılı olmadan internetdən istifadə imkanı verəcək.

Apple indiyədək bu istiqamətdə Globalstar şirkəti ilə əməkdaşlıq edib, lakin hazırda SpaceX ilə potensial tərəfdaşlıq imkanlarını da müzakirə edir.

Mütəxəssislər peyk əsaslı internetin tətbiqi ilə bağlı bir sıra sualların - məlumat təhlükəsizliyi, xidmətin qiyməti və əlaqənin sabitliyi kimi məsələlərin - açıq qaldığını bildirirlər.

Hazırda bütün bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və Apple-in 2026-cı il model planları barədə yayılan xəbərlər hələlik şayiə xarakteri daşıyır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Apple yeni iPhone 17-ni təqdim etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər