Xırdalanda kişi sevgilisini "TikTok"da hesab açdığı üçün döydü: Polis işə qarışdı
Far.Az xəbər saytı

Xırdalanda kişi sevgilisini "TikTok"da hesab açdığı üçün döydü: Polis işə qarışdı


Abşeron rayonunda kişi sevgilisini "TikTok"da hesab açdığı üçün döyüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində baş verib. 1990-cı il təvəllüdlü Tofiq İbadov (ad və soyad şərtidir) Xırdalan şəhərində 2007-ci il təvəllüdlü xanımla tanış olur. Bir müddətdən sonra isə onlar sevgili olurlar.

Tofiq segilisinin "TikTok"da özünə məxsus profil açdığını eşidir. O bu barədə sevgilisinə desə də, xanım bunu inkar edir. Bir gün Tofiq "TikTok"da həmin hesabı görür və evə gəlir, sevgilisinə profili göstərir.

Bundan sonra onların arasında mübahisə başlayır. Nəticədə, Tofiq sevgilisini şillə və təpik zərbələri ilə döyür. Qadın onun əlindən qaçaraq küçəyə çıxır və polisə məlumat verir. Hadisə yerinə polis əməkdaşları gəlirlər, T.İbadov saxlanılır.

Faktla bağlı cinayət işi başlanır və iş məhkəməyə göndərilir.

Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilir.

Oxşar xəbərlər

Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər