Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən, DTX-nın həbs etdiyi şəxs hakim qarşısına çıxarılıb
Far.Az xəbər saytı

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən, DTX-nın həbs etdiyi şəxs hakim qarşısına çıxarılıb


Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə araşdırmasına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin baxış iclası noyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, DTX tərəfindən Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Oxşar xəbərlər

Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər