Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir
Xankəndidə "Zəfər" meydanından yürüş keçirilib.
Far.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, yürüş hərbi orksetrin müşayiəti ilə başlayıb.
Xankəndi şəhərində keçirilən tədbiri şəhərdə yaşayan sakinlər və qonaq gələn vətəndaşlar maraqla qarşılayıblar.
***11:00
Laçın şəhərində Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.
Far.Az "Report"a istinadən xəbər verir ki, Laçının Bayraq meydanından başlayan yürüş şəhərin mərkəzi prospekti boyunca müəyyən olunan marşrut üzrə davam edərək başladığı yerdə başa çatıb.
Əsgərlərin nizami yürüşü şəhər sakinlərinin alqışları ilə müşayiət olunub.
***10:39
Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilir.
Far.Az "Report"a istinadən xəbər verir ki, şəhərin Bayraq Meydanından başlayan yürüş Qala divarlarına qədər davam edəcək.
Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüşdə ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edirlər.
***10:26
Naxçıvan şəhərində Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü başlayıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının, Heydər Əliyev adına Hərbi Liseyin və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantlarının iştirakı ilə şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüş Zəfər Parkında başa çatacaq.
Qalereya
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Sumqayıtda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü başlayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Azərbaycan və BƏƏ prezidentləri Şuşada güllələnmiş heykəllərə baxıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.10.2026)
-
Roman Abramoviç Bakıya gəlib













