NATO-nun keçmiş baş katibi alyansın ən böyük məğlubiyyətini açıqlayıb
Far.Az xəbər saytı

NATO-nun keçmiş baş katibi alyansın ən böyük məğlubiyyətini açıqlayıb


NATO üzv ölkələr qoşunlarını Əfqanıstandan çıxarmaq qərarına gəldikdə ən böyük məğlubiyyətini yaşayıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə alyansın keçmiş baş katibi, Norveçin maliyyə naziri Yens Stoltenberq "The Sunday Times" qəzetinə müsahibəsində bildirib.

"Bu, NATO-nun ən böyük məğlubiyyətidir. Amma inanıram ki, Əfqanıstanı tərk etmək ağrılı olsa da, düzgün qərar idi, çünki çoxlu sayda insan əziyyət çəkdi", - keçmiş baş katib deyib.

Stoltenberq əlavə edib ki, NATO Əfqanıstanda azad və demokratik sülhü təmin etmək istəyib. Lakin belə planı hərbi güc vasitəsilə həyata keçirmək çox çətin olub.

O, həmçinin bildirib ki, Şimali Atlantika Alyansı Ukraynaya görə Rusiya ilə Üçüncü Dünya müharibəsinə başlamayacaq. Stoltenberqin sözlərinə görə, o, 2022-ci ilin fevralında Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı ölkə üzərində uçuşa qadağan zonasının tətbiqinin qeyri-mümkünlüyünü, bunun birbaşa Rusiya ilə hərbi qarşıdurmaya səbəb ola biləcəyini bildirib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər