Günə kofe içərək başlayanlar mütləq oxusun - Bu saatlarda qətiyyən OLMAZ
Far.Az xəbər saytı

Günə kofe içərək başlayanlar mütləq oxusun - Bu saatlarda qətiyyən OLMAZ


Bir çox insan günə oyanmaq üçün ilk iş kimi qəhvəyə üz tutur. Lakin mütəxəssislər səhər acqarına kofe içməyin sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirirlər.

BAKU.WS xəbər verir ki, kofein beyin fəaliyyətini artıraraq yuxululuğu azaldır, əhvalı yüksəldir və metabolizmanı sürətləndirir. Buna baxmayaraq, acqarına qəbul edildikdə qəhvə mədədə turşuluğu artırır, yanma və qaz problemlərinə səbəb ola bilər.

Bundan əlavə, səhər saatlarında bədəndə təbii olaraq yüksələn kortizol hormonu kofeinlə birlikdə normadan artıq səviyyəyə çata bilər. Bu isə gün ərzində enerjinin tez tükənməsinə və əsəbilik hissinə yol aça bilər.

Mütəxəssislərin fikrincə, qəhvədən düzgün faydalanmaq üçün onu oyandıqdan 1–2 saat sonra, yəni təxminən səhər 9:30–11:00 arası içmək daha məqsədəuyğundur.

Qəhvəni səhər yeməyindən sonra içmək, həm mədə turşuluğunun qarşısını alır, həm də bədənə daha uzunmüddətli enerji verir.

Həkimlər xüsusilə ürək-damar və mədə problemləri olan şəxslərə gündə 1–2 fincandan artıq qəhvə qəbul etməməyi tövsiyə edirlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Səhərlər nə vaxt qəhvə içmək olar? - Alimlər cavab tapıblar
Qəhvə xoşlayanlar üçün VACİB AÇIQLAMA - Bundan sonra...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər