Məşhur şairin heç yerdə yayımlanmayan görüntüləri
Far.Az xəbər saytı

Məşhur şairin heç yerdə yayımlanmayan görüntüləri


İspan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan şair Federiko Qarsiya Lorkanın indiyədək yayımlanmamış görüntüləri aşkarlanıb.

Far.Az xəbər verir ki, kadrlar Menendes-Pidal ailəsinin arxivində üzərində "F.G.L." yazılan film qutusunun içindən tapılıb.

İspaniyanın dövlət televiziyası TVE görüntülərin bərpa edildiyini və ilk dəfə yayımlandığını açıqlayıb. Kadrların 1920-ci illərin sonu və ya 1932-ci ildə Lorka-nın yaratdığı La Barraka teatr truppası ilə səyahət zamanı çəkildiyi ehtimal edilir. Videoda avtomobildə hərəkət edən qrup arasında Lorkanın siması da seçilir.

Tapıntını aşkarlayan sənədli filmin rejissoru Manuel Mençon "Filmi açıb Federikonu gördükdə böyük həyəcan yaşadıq" deyib. O, görüntülərin 4K–6K formatında rəqəmsallaşdırılaraq yeni sənədli filmdə istifadə ediləcəyini bildirib.

Xatırladaq ki, Federiko Qarsiya Lorka (1898–1936) İspaniyanın ən nüfuzlu şair və dramaturqlarından biridir. "Qanlı Düğün", "Yerma" və "Bernarda Alba-nın Evi" kimi məşhur əsərlərin müəllifi olan sənətçi İspaniya Vətəndaş Müharibəsi dövründə Franko tərəfdarları tərəfindən güllələnmişdi.

Oxşar xəbərlər

Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Bred Pittin çəkildiyi filmin rejissoru: "Səhv etsəydi, divara çırpıla bilərdi"
Azərbaycan tarixinə həsr olunmuş yeni filmin çəkilişlərinə başlanılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər