Elektron siqaretlərdə bakteriya miqdarı tualet oturacağından 3 min dəfə çoxdur - Yeni araşdırma
Far.Az xəbər saytı

Elektron siqaretlərdə bakteriya miqdarı tualet oturacağından 3 min dəfə çoxdur - Yeni araşdırma


Mütəxəssislər elektron siqaretlərdə aparılan araşdırma nəticəsində ciddi çirklənmə faktı aşkarlayıblar. Alimlərin sözlərinə görə, veyplərin üzərindəki bakteriya və göbələk miqdarı tualet oturacaqlarındakından 3 min dəfə çox ola bilər.

Far.Az xəbər verir ki, tədqiqat göstərib ki, veypdən istifadə olunduğu üçüncü gündən etibarən cihazdakı mikroorqanizmlərin sayı min dəfə artır. Üstəlik, bioloji aktivlik təkcə ağızlıqda deyil, cihazın gövdəsində də müşahidə olunur.

Mütəxəssislər bildirirlər ki, bu dərəcədə sürətli çirklənməyə səbəb veypin daxilində formalaşan xüsusi mühitdir. İsti və nəm ağızlıq patogen mikroorqanizmlərin sürətlə çoxalması üçün ideal şərait yaradır.

Araşdırmada həmçinin qeyd olunub ki, veyplərin səthində çətin təmizlənən davamlı bioplyonkalar yarana bilər. Tapılan mikroorqanizmlərin çoxu normalda insan dərisində və ətraf mühitdə mövcud olduğundan, veyp istifadəçiləri üçün daim müşayiətçi halına gəlir.

Alimlər elektron siqaretlərin müntəzəm təmizlənməsini, bunun üçün də smartfonların gigiyenasında tətbiq olunan üsullardan istifadə edilməsini tövsiyə edirlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
The Central Point Hotel - Bakının mərkəzində istirahət və iş üçün ideal ünvan
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər